“Qarabağ”lı futbolçulardan millidə ilk
Şimali Makedoniya ilə yoldaşlıq görüşündə hesabı bərabərləşdirən Elvin Cəfərquliyev Azərbaycan millisi tarixində qol vuran 70-cı futbolçu kimi düşüb.
Msport.az xəbər verir ki, “Qarabağ”ın 22 yaşlı cinah müdafiəçisi 8-ci milli matçında ilk qol sevincini yaşayıb.
Bundan başqa, Musa Qurbanlı da Azərbaycan millisində ilk qolunu vurub. O, yığmamızın tarixində qol vuran 71-ci futbolçu olub.