"Qarabağ" onu transfer etmək üçün İsrail klubuna 125 min avro təklif etdi - ÖZƏL
“Qarabağ” “Hapoel Tel Əviv”in futbolçusu Marko Yankoviçi transfer etmək istəyir.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi həm hücumun arxasında, həm də cinahlarda vinger kimi oynaya bilir.
Monteneqro milli komandasının üzvünün 2023-cü ilin iyununa kimi İsrail klubu ilə müqaviləsi var. Bu səbəbdən “Qarabağ” “Hapoel”ə 125 min, Yankoviçin özünə isə 350 min avro maaş təklif edib.
“Partizan”ın yetirməsi olan futbolçu müxtəlif illərdə “Belqrad”, “Maribor” (Sloveniya), SPAL ,”Krotone” (hər ikisi İtaliya) klublarında çıxış edib. 2021-ci ildə “Beytar Yerusəlim”lə müqavilə bağlayan yarımmüdafiəçi bu komandada bir mövsüm keçirdikdən sonra fevralda “Hapoel Tel Əviv”ə transfer olunub. O, “Hapoel”in heyətində İsrail çempionatında 11 oyunda meydana çıxıb
Yankoviç Monteneqro millisində 35 oyunda 1 qol vurub.