featured-image-21738

“Qarabağ” “Ferentsvaroş”a satdığı Kvabena Ovusunun boşluğunu elə Macarıstandan klubundan Frank Boli ilə doldura bilər.

Msport.az “Nemzetisport”a istinadən xəbər verir ki, “köhlən atlar” bir müddətdir izlədiyi 30 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Kot d`İvuarlı forvard Türkiyə klublarının da maraq dairəsindədir.

Qeyd edək ki, Frank Boli 2019-cu ildən “Ferentsvaroş”da çıxış edir.

Bənzər xəbərlər