“Qarabağ” Polşaya yola düşdü - FOTO
“Qarabağ” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində səfərdə “Rakuv”la qarşılaşacaq.
Msport.az xəbər verir ki, Ağdam təmsilçisi bu matç üçün artıq Polşaya yola düşüb. Oyun Polşanın Çenstoxova şəhərində keçiriləcək.
Qeyd edək ki, “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Bu komandalar arasında cavab oyunu avqustun 2-si keçiriləcək.








