featured-image-15998

“Neftçi”nin kapitanı Emin Mahmudov “sports”ru saytına geniş müsahibə verib. Msport.az xəbər verir ki, millimizin üzvü “Qarabağ”ın Rusiyada çempionluğa oynaya biləcəyini deyib:

“Qarabağ”ın əsas sirri sistemdi. Hər komandaya qarşı öz futbollarını oynayırlar. Avropada “Ferentsvaroş” və “Olimpiakos”u sakitcə məğlub etdilər. “Frayburq” da son dəqiqələrdə onları məğlub etdi. “Qarabağ” rəqiblərini istədiyi kimi oynamağa məcbur edir. Topsuz çox qaçırlar. “Zenit” olsa, onlara da çətinlik yaşadarlar. “Qarabağ” Rusiya Premyer Liqasında çempionluğa oynayar.

Avropada hansı rus komandası onların səviyyəsində oynayıb? Rusiya klubları bir neçə oyun keçirir və qrupdan kənarda qalırlar. Ancaq “Qarabağ” hər il qruplarda oynayır”.

Bənzər xəbərlər