featured-image-2626

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib. Msport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə “Şamaxı” çempionatın aşkar autsayderi “Səbail”lə qarşılaşıb. Bu oyunda hesab açılmayıb.

Günün digər matçı isə lider “Qarabağ”la “Sabah” arasında baş tutub. Ağdam komandası bu oyunda uduzmasa,  9-cu çempionluğunu rəsmiləşdirəcəkdi. Qarşılaşma heç-heçə bitib və “Qarabağ” sona 3 tur qalmış çempionluğu təmin edib.

Azərbaycan Premyer Liqası
25-ci tur

3 may

“Şamaxı” – “Səbail” 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Kamranbəy Rəhimov.
Şamaxı şəhər stadionu, 16:30.

Şamaxı: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 70. Bahadur Həziyev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov.
Baş məşqçi: Rüstəm Əliyev.

Səbail: 1. Rəşad Əzizli, 14. Rahid Əmirquliyev (k), 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

“Qarabağ” – “Sabah” 1:1
Qol: K.Borges, 47 – K.Da Silva, 60.
Qırmızı vərəqə: P.Andrade (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı.
Bakı. “Azersun Arena”, 19:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 11. Xayme Romero, 15. Leandro Andrade, 21. Rauf Hüseynli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rustəm Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriqes, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulla Xaybulayev.
Baş məşqçi: Murad Musayev.

Bənzər xəbərlər