featured-image-16645

Bu gün Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyun keçirilib.

Msport.az xəbər verir ki, lider “Qarabağ” səfərdə “Turan Tovuz”la qarşılaşıb.

Qurban Qurbanovun komandası cari mövsümdə keçirdiyi bütün oyunları qələbə ilə başa vurmuşdu. Tovuz təmsilçisi “köhlən atlar”dan xal ala bilsə, bu, sensasiya sayıla bilərdi. Amma Ayxan Abbasovun yetirmələri bunu yenə bacarmayıb. Ağdam klubu bu görüşdə də 2 cavabsız qolla növbəti 3 xala sahib çıxıb.

Misli Premyer Liqası
3-cü turun oyunu

9 noyabr

Turan Tovuz – Qarabağ 0:2
Qol: V.Məsimov, 20-öz qapısına. K.Ovusu, 37.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Tovuz şəhər stadionu.

Turan Tovuz: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 98. Elxan Qasımov, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 21. Abbas Ağazadə, 9. İmeda Aşortiya.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 6. Julio Romao.
Baş məşqçi: Qurban Qurbanov.

Bənzər xəbərlər