featured-image-23800

“Qarabağ” üzərində qələbə bizə psixoloji impuls verdi”.

Msport.az-ın məlumatına görə, bunu “Gent”in baş məşqçisi Heyn Vanhazebruk Belçikada “Qarabağ”a əsas vaxtda 1:0, penaltilər seriyasında isə 5:3 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

59 yaşlı mütəxəssis bildirib ki, bu qalibiyyət növbəti matçlarda komandaya kömək edəcək: “Amma realist olmaq lazımdır. Bizi gözləyən problemlərdən də xəbərdarıq. Son matçda komandamızda olan 21 oyunçudan 10-u yaxşı vəziyyətdə idi. Bu, bir komandanı meydana çıxarmaq üçün kifayət edir. Amma “Qarabağ”la oyunda 5 futbolçumuz zədləəndi. Onların “Brügge”yə qarşı çempionat matçında meydana çıxmaları sual altındadır. Onların adlarını çəkməyəcəyəm. Çünki bu, rəqibin əlinə oynamaq olar”.

Qeyd edək ki, Bakıdakı ilk oyunda “Qarabağ”a məğlub olan (0:1) “Gent” cavab görüşündə eyni hesabla qalib gəlib. Əlavə vaxtda nəticə dəyişmədiyindən penaltilər seriyasına keçilib. Zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri adını 1/8 finala yazdırıb.

Bənzər xəbərlər