featured-image-12047

Almaniyanın “Frayburq” klubunun baş məşqşisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsinin I turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə danışıb.

Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis Ağdam klubu ilə görüşün maraqlı olacağını deyib:

“Qarabağ”ın oyununa baxmışam. Onlar, doğrudan da, yaxşı komandadırlar. Fikrimcə, maraqlı oyun olacaq. Hazırda bütün düşüncəmizi bu matça yönəltmişik”.

Sentyabrın 8-də keçiriləcək “Frayburq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Bənzər xəbərlər