Qarnaçoya A Seriyasından təklif
“Roma” “Çelsi”nin futbolçusu Alexandro Qarnaçonu heyətinə qatmaq niyyətindədir.
Msport.az xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı vingeri icarəyə götürmək istəyir.
“Roma” argentinalı oyunçunun müqaviləsinin şərtlərini öyrənmək üçün London təmsilçisinin nümayəndələri ilə əlaqə saxlayıb. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Alexandro Qarnaço ötən ay “Mançester Yunayed”dən “Çelsi”yə keçib. O, başa çatan mövsümdə 43 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







