featured-image-52740

Qax Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatıb.

AŞF-dən Msport.az-a verilən məlumata görə, müxtəlif yaş kateqoriyalarında Renat Məmmədrzayev, Xədicəxanım Dadaşzadə, Cavad Abbassoy, Xanımzər Hümbətli, Əlisəfa Zeynallı, Nuray Məmmədli, Elçin Şəkərəliyev, Ayan Əliyeva, Yusif Abasov, Nihal Heydərli birinci yeri tutub.

Komanda nəticələrinə əsasən, 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi həm A, həm də B qrupu üzrə birincilik qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanın 26 şəhər və rayonundan ümumilikdə 482 yeniyetmə iştirak edib. Bağlanış mərasimində qaliblərə diplom, kubok və mükafatlar təqdim olunub.

Bənzər xəbərlər