featured-image-54710

Qazaxıstanın Atırau şəhərində keçirilən “Old Capital Cup” turnirinə yekun vurulub.

Msport.az xəbər verir ki, yığmamız daha 2 medal qazanıb.

Kənan Heybətov (70 kq) 1/8 finalda qazaxıstanlı Jassulan Raximcanova (10:0), 1/4 finalda isə ukraynalı Vasil Şuptara (tuş) vaxtından əvvəl qalib gəlib. Yarımfinalda dünya ikincisi Ernazar Akmataliyevlə qarşılaşan həmyerlimiz qırğızıstanlı rəqibini 6:4 hesabıyla üstələyib. Finalda tacikistanlı Mustafa Axmedova heç bir şans verməyən (7:0) Kənan çempion olub.

79 kq-da mübarizə dairəvi sistem üzrə baş tutub. Əşrəf Aşırov rusiyalı dünya çempionu Axmed Usmanova (0:5) məğlub olsa da, digər görüşlərdə qələbə qazanıb. Aşırov qazaxıstanlı Mirzabek Nurlibekovla (tuş) ukraynalı Valentin Babiy (6:0) üzərində inamlı qələbə qazanıb. Ermənistanlı Aren İsraelyan isə xalçaya çıxmayıb. Əşrəf gümüş medalı boynundan asıb.

Beləliklə, yarışda məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında çıxış edən komandamız 1 dəst medal qazanıb.

Qeyd edək ki, dünən Musa Ağayev (65 kq) üçüncü yeri tutub.

Bənzər xəbərlər