featured-image-80226
“Qəbələ”nin yay təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunları məlum olub.
Msport.az xəbər verir ki, klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
“Qırmızı-qaralar” hazırlıq müddətində 5 matçda meydana çıxacaq. Kaxaber Tsxadadzenin komandası ilk oyunu iyulun 14-də “Kəpəz”ə qarşı keçirəcək. Daha sonra iyulun 19-da “Sumqayıt”, 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə matçlar planlaşdırılır.
Qeyd edək ki, yalnız “Sumqayıt”la oyun rəqib meydanında keçiriləcək. Digər görüşlər Qəbələdə təşkil olunacaq

Bənzər xəbərlər