“Qəbələ”də 3 itki
“Qəbələ”nin üç futbolçusu Misli Premyer Liqasının XXIII turunda “Sumqayıt”a qarşı oynamayacaq.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu Ramon Maçado və qapıçı Kristof Atanqana zədədən sonra bərpa prosesi keçir. Onlar “qırmızı-qaralar”ın sabah keçiriləcək görüş ərəfəsindəki hazırlığına qatılmayıb.
Müdafiəçi Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.
Qeyd edək ki, “Qəbələ” – “Sumqayıt” görüşü saat 15:00-da başlayacaq.







