featured-image-24511

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli “Qəbələ” klubunun azarkeşi olub.

Msport.az xəbər verir ki, 1994-cü ildə Qəbələnin Vəndam qəsəbəsində dünyaya gələn Əlibəyli son illər Bakıda – Badamdarda yaşayıb.

2015-2016-ci illər mövsümündə “Qəbələ”də çıxıç edən Ermin Zets Şəhriyarla şəklini paylaşıb, həmçinin sosial şəbəkələrdən “Qəbələ” azarkeşlərinə başsağlığı verib.

Qeyd edək ki, bosniyalı hücumçu 2015-2016-cı illər mövsümündə “Qəbələ”də 23 oyuna 7 qol vurmuşdu. Zets Azərbaycandan sonra Türkiyədə “Karabükspor” və “Qaziantep” komandalarının formasını geyinib. 35 yaşlı futbolçunun son klubu 2022-ci ildə ayrıldığı “Jelezniçar” (Bosniya və Herseqovina) olub.

 

media-333593169_177734208340026_2289446543075157360_n

AYXAN 

Bənzər xəbərlər