featured-image-4983

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil eədəck “Qəbələ” heyətin özəyini qoruyub saxlaya bildi.

Msport.az xəbər verir ki, iordaniyalı yarımmüdafiəçi Omar Hani ilə də müqavilə müddətinin uzadılmasına dair danışıqlar müsbət nəticələnib. Yaxın günlərdə Hani rəsmi müqaviləyə imza atacaq.

Amma qapı xətti ilə bağlı vəziyyət fərqlidir. “Sabah” “Qəbələ”də icarə əsasında çıxış edən Nicat Mehbalıyevi geri qaytarır. Belədə Elmar Baxşıyevin sərəncamında yalnız Kristof Atanqana qalır. Bu səbəbdən “qırmızı-qaralar” daha bir təcrübəli qolkiperlə müqavilə bağlamaq istəyirlər.

Hazırlığın ilk hissəsini Qəbələdə keçirəcək komanda daha sonra Türkiyənin Bolu şəhərinə yollanıb orada bir neçə yoxlama oyununda gücünü sınayacaq.

Bənzər xəbərlər