“Qəbələ”də yeni müqavilə
“Qəbələ” futbolçusu Omar Hani ilə müqaviləni uzadıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
Hani 2021-ci ilin yayından “Qəbələ”də çıxış edir. O, ötən mövsümdə 40 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.







