"Qəbələ"dən ayrılan futbolçu yenidən Litva klubunda - RƏSMİ
“Qəbələ”ni tərk edən Seydina Keytanın yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi yenidən Litva çempionatında çıxış edəcək.
O, “Panevejis” klubu ilə 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, seneqallı futbolçu 2022-2023 mövsümündə və 2025-ci ildə də bu klubun formasını geyinib.
Keyta iyunun 21-də “Qəbələ” ilə müqaviləsini uzatsa da, sonradan şəxsi problemlərə görə kluba geri qayıtmaq istəməyib. Nəticədə, onun müqaviləsinə qarşılıqlı razılıq yolu ilə xitam verilib.







