featured-image-7171

“Sabah” gələn mövsüm I divizionda oynamaqdan imtina etdi. Paytaxt klubu bunu gənc futbolçularını icarəyə verməsi ilə əlaqələndirdi. Ötən il “Sabah-2″də çıxış edən bir çox futbolçular artıq “Turan Tovuz”, “Kəpəz”, “Şamaxı” klublarının şərəfini qoruyacaq. Bu səbəbdən də heyət qurmaqla bağlı ciddi problemlər ortaya çıxıb və klub bir mövsümlük fasilə götürüb.

“Qəbələ” haqqında da eyni fikirlər səslənsə də, əyalət klubu gələn çempionatda I divizionda təmsil olunacaq. Klubun baş meneceri Nail Kərimov Msport.az-a açıqlamasında  belə fikirlərinin olmadığını və “Qəbələ-2″nin aşağı liqada çıxışını davam etdirəcəyini söylədi. Onun sözlərinə görə heyətlə bağlı problem yoxdur və Akademiyadan da bəzi futbolçular əvəzedici komandaya cəlb oluna bilər.

Bənzər xəbərlər