“Qəbələ” Kimpembenin komandasını məğlub etdi
Yeni mövsüm hazırlaşan “Qəbələ” Qətərin “Al-Kharitiyath” klubu ilə yoxlama matçına çıxıb.
Msport.az xəbər verir ki, Qəbələ şəhər stadiounda keçirilən görüş “qırmızı -qarlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qəbələ”nin heyətində Nuğay Rəşidov və Antoni Hunpe fərqləniblər.
Qeyd edək ki, Qətər klubunun heyətində 1998-ci ilin fransalı dünya çempionu Prensel Kimpembe meydana çıxıb.
Xatırladaq ki, “Qəbələ” yoxlama matçları çərçivəsində daha öncə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt”la 1:1, “İmişli” ilə 2:2 və “Şəfa” ilə isə 1:1 hesablı heç-heçəyə razılaşıb.







