featured-image-82084

“Qəbələ” Azərbaycan Premyer Liqasının IV turunda “İmişli”yə qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” qarşıdakı matça Amil Ağacanov – Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır.

Dünən baş məşqçi Kaxaber Tsxadadze istefaya göndərilib. Onunla yanaşı, köməkçisi Georgi Çixradze də klubdan ayrılıb.

Qeyd edək ki, “Qəbələ” – “İmişli” qarşılaşması sentyabrın 4-də, saat 18:00-da start götürəcək.

Bənzər xəbərlər