featured-image-11055

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyəyə yollanıb.

Msport.az xəbər verir ki, dünən Premyer Liqanın 3-cü turu çərçivəsində “Kəpəz”lə qarşılaşan və 3:0 hesabıyla qalib gələn “qırmızı-qaralar”ın çalışdırıcısı 4 gün qardaş ölkədə qalacaq.

Səfərdə məqsəd “Pro” kateqoriyalı kursların 4-cü modulunun tələbini yerinə yetirməkdir.

Buna əsasən, o, öncə “Fənərbaxça”nın akademiyasına baş çəkməli, ardınca “Konyaspor”un əsas komandasının məşqlərində iştirak etməlidir.

Baxşıyev sonda Türkiyə səfəri ilə bağlı raport hazırlayacaq və “Pro” kursunun təlimatşılarına təqdim edəcək.

Bənzər xəbərlər