featured-image-25338

Misli Premyer Liqasında XXVII turun və III dövrənin son oyunu “Qəbələ” ilə “Şamaxı” arasında baş tutacaq.

Msport.az xəbər verir ki, martın 17-də keçiriləcək matç komandalar arasında 63-cü duel olacaq.

Rəqiblər ümumilikdə 62 dəfə görüşüb. 21 dəfə qalib gələn “Qəbələ” 20 heç-heçə edib. Digər 21 qarşılaşmada bakılılar qalib gəlib. Rəqib qapısından 69 top keçirən “Qəbələ” futbolçuları 81 qol buraxıblar. “Qəbələ”də Daniel Subotiç daha çox – 5 qol vurub.

“Qırmızı-qaralar” “Şamaxı” ilə Premyer Liqada 58-ci dəfə görüşəcək. Çempionatda 18 qələbə və 20 heç-heçəsi olan komanda 19 məğlubiyyət alıb. “Şamaxı” top fərqində də üstündür – 74-62.

“Qəbələ” 32-ci dəfə “Şamaxı”nı qəbul edəcək. 11 ev qələbəsi qazanan “qırmızı-qaralar” 13 heç-heçə edib və 7 dəfə uduzub. Öz meydanında 36 qol vuran “Qəbələ” futbolçuları 31 top buraxıblar.

Xatırladaq ki, martın 17-də keçiriləcək “Qəbələ” – “Şamaxı” oyununa saat 17:00-da start veriləcək.

Bənzər xəbərlər