featured-image-398

Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün keçirilməli olan “Qəbələ” – “Zirə” matçı təxirə salınıb.

Güclü qar səbəbindən oyunun baş hakimi Əliyar Ağayev 65-ci dəqiqədə görüşü saxlayıb. Qar dayanmadığından oyunu davam etdirmək mümkün olmayıb.

Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma sabah saat 12:30-da dayandırıldığı dəqiqədən davam edəcək.

Bənzər xəbərlər