featured-image-16369

Misli Premyer Liqasında XIII turun oyunları keçirilir. Msport.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Qəbələ” “Zirə”ni qəbul edib. Bu oyunun taleyini matça əlavə olunmuş dəqiqələrdə vurulan qol həll edib. “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov “Zirə”nin qapıçısı Mehdi Cənnətovun “çərçivə”dən irəli çıxdığını görərək, meydanın mərkəzindən baxımlı qola imza atıb.

Günün digər matçında “Neftçi” “Sumqayıt”ın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri iki dəfə hesabda önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər. Nəticədə qarşılaşma bərabərliklə bitib.

Xatırladaq ki, ilk oyun günündə “Turan Tovuz” doğma meydanda “Şamaxı”ya 1:3 hesabıyla uduzub. Tura sabah keçiriləcək “Səbail” – “Sabah” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XIII tur

5 noyabr

“Qəbələ” – “Zirə” 1:0
Qol: Ü.İsgəndərov, 90+3.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 44. Dmitrios Çantakias, 17. Toni Qomes, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.

“Sumqayıt” – “Neftçi” 2:2
Qol: R.Qadze, 41. M.Xaçayev, 61 – Q.Donyo, 47. A.Caber, 87.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Vüsal Məmmədov, Vüqar Həsənli.
“Sumqayıt Arena”, 19:30.

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 43. Riçard Qadze, 12. Todor Todoroski, 22. Damian Daniçiç.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 24. Elşən Abdullayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç.
Baş məşqçi: Samir Abasov.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 78. Elcan Əbilov, 3. Mamadu Mbodj, 18. Vato Arveladze, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.

Bənzər xəbərlər