featured-image-31817

Millimizin müdafiəçisi Bəhlul Mustafazadə Avro-2024-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirilən oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, oyunçu 2 xal itirdiyimizi deyib:

“Oyun gözlədiyimiz kimi çətin keçdi. Rəqib heç də zəif deyildi. Estoniya millisinə xeyli standart vəziyyət verdik. Rəqib də bundan yararlandı. Sona qədər mübarizə apardıq. Düşünürəm ki, bu gün 2 xal itirdik. Yaxaladığımız şansları dəyərləndirsəydik, nəticə fərqli olardı. İmkanlarımızı boşa verdik. Qələbəyə layiq idik. Təəssüf ki, 3 xal qazanmaq alınmadı”.

Bənzər xəbərlər