featured-image-10284

Almaniya milli komandasının baş məşqçisi Hans-Diter Flik Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini bildirib.

Msport.az RND-yə xəbər verir ki, Bundestimə rəhbərlik edən mütəxəssis Qətərdə insan hüquqlarının pozulmasına görə bu ölkəni tənqid edib:

“Mənim çox tanışım var ki, Qətərə getmək istərdilər, lakin müxtəlif səbəblərdən bu ideyadan boyun qaçırıblar. Ona görə ki, qiymətlər onlar üçün münasib deyil, homoseksuallara münasibət qəbuledilməzdir, orada insan hüquqları pozulur, azlıqlar sıxışdırılır.

Futbol hamı üçün açıq olmalıdır. Ona görə deyirəm ki, bu dünya çempionatı adi azarkeşlər üçün deyil. Əgər mundial azarkeşlər üçün turnirə çevrilmirsə,  bu, rüsvayçılıqdır”.

 

 

Bənzər xəbərlər