featured-image-38131

Yaponiyanın Sapporo şəhəri 2030-cu ildə keçiriləcək Qış Olimpiya Oyunlarına evsahibliyi etməklə bağlı namizədliyini geri götürüb.

Msport.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Yaponiya Olimpiya Komitəsinin rəhbəri Yasuhiro Yamasita məlumat verib.

Funksioner 2034-cü ildə keçiriləcək qış olimpiadasına namizəd ola biləcəklərini söyləyib.

Yerli hakimiyyət orqanları 2030-cu ildəki yarışa hazırlaşmaq üçün vaxtlarının az olduğuna görə bu qənaətə gəliblər. Hətta yerli sakinlər də turnirin bu şəhərdə təşkilinə laqeyd yanaşıblar. Onların yarısı buna qarşı çıxıblar və yalnız 1/4-i təşəbbüsü dəstəkləyib.

Qeyd edək ki, Sapporo 1972-ci ildə Qış Olimpiya Oyunlarına evsahibliyi edib.

Bənzər xəbərlər