featured-image-5451

“Neftçi”nin baş məşqçi postuna namizəd olan Viktor Qonçarenko Səudiyyə Ərəbistanı klubuna rəhbərlik etməyə yaxındır.

Msport.az xəbər verir ki, bu haqda Rusiyanın championat.com saytı məlumat yayıb. Klubun adı açıqlanmasa da, tərəflərin yaxın günlərdə müqavilə bağlayacaqları iddia edilib.

Qeyd edək ki, “Neftçi” Qonçarenko və ukraynalı mütəxəssis Yuri Vernidubun klubun baş məşqçisi vəzifəsinə namizəd olduğunu açıqlayıb.

Bənzər xəbərlər