featured-image-5348

“Matç TV”-nin şərhçisi Elvin Kərimov Viktor Qonçarenkonun “Neftçi”yə mümkün təyinatı barədə danışıb.

Son olaraq Rusiyanın “Krasnodar” komandasına rəhbərlik etmiş belaruslu mütəxəssis, qonşu ölkədə ÇSKA (Moskva), “Ufa”, “Kuban” və “Ural”ı da çalışdırıb.

Msport.az xəbər verir ki, Kərimov ona yaxşı olan BATE-nin sabiq çalışdırıcısını belə xarakterizə edib:

“Qonçarenko “Neftçi” və Azərbaycan çempionatı üçün maraqlı variantdır. Yüksək səviyyəli klublarda iş təcrübəsinə malik məşqçidir. Çempionlar Liqasında, Rusiya Premyer Liqasında məşqçi kimi komandanın sükanı arxasında olub. Hərçənd onun “Krasnodar”da son fəaliyyətini uğurlu adlandırmaq olmaz. Amma ümumilikdə maraqlı məşqçidir. Oyunçuları yeni səviyyəyə çatdıra bilir. “Neftçi” Konfrans Liqasında mübarizə aparacaq. Qonçarenkonun avrokubok təcrübəsi var. Pressinqə önəm verən məşqçidir. ÇSKA, “Krasnodar” məhz pressinqlə oynayırdı. “Krosnadar”da onun komandası tipik “Krasnodar” stilindən artıq kənara çıxmışdı. Heyətə görə Qonçarenko fərqli futbol oynatmalı olurdu. Müdafiənin arxasına uzun ötürmələr çox olurdu, Kordobaya ünvanlanmış dərin paslar. Ancaq buna baxmayaraq, pressinq yenə də qalırdı. Topa daha çox nəzarət edirdilər, rəqibin cərimə meydançasının ətrafında pressinq edirdilər. Pressindən sonra zərbələr. Əks hücum maşını idi “Krasnodar”. Komanda standart vəziyyətlərdə də yaxşı oynayırdı. Qonçarenkoya qədər “Krasnodar” standart vəziyyətlərdən zərbələr endirə bilmirdi. O, bu komponentləri yaxşılaşdıra bildi. Taktiki baxımdan çox maraqlı məşqçidir”.

Əslən Azərbaycandan olan jurnalist, Qonçarenkonun çatışmazlıqlarından da bəhs edib: “Zəif tərəfərinə gəlincə, yəqin ki, xarakteri çətindir demək olar. “Krasnodar”dan gedişini yada sala bilərik. Deyilənə görə, klubun prezidenti Segey Qalitskinin bir neçə həftə zənglərinə cavab veməyib. ÇSKA-da isə “Zenit”ə 0:4 uduzduqdan sonra ümumiyyətlə, Moskvadan çıxıb getdi. Düzdür, sonra qayıtdı və təzədən işlədi. Amma əlbəttə, futbolçular bunun hamısını görürdülər. Xarakterdəki emosionallığı, qeyri sabitliyi hiss edirlər. Əlbəttə, bu, məşqçinin nüfuzuna təsir göstərir. Çox emosional adamdır, hətta mənə elə gəlir ki, paltardəyişmə otağında da özünə nəzarəti itirə bilər”.

media-1604572099_elvin-kerimov

Bənzər xəbərlər