featured-image-55239

Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub.

Msport.az xəbər verir ki, bunu hücumçunun özü açıqlayıb.

“Atletiko”nun forvardı bu addımı 33 yaşında atıb. Yayda yığmadan getmək barədə düşünmədiyini, DÇ-2026-da oynamaq istədiyini bildirən Antuan fikrindən daşınıb.

Qeyd edək ki, 2024-cü ildən millidə çıxış edən futbolçu 137 oyunda 44 qol vurub. O, 2018-ci ildə dünya çempionu titulunu qazanıb.

Bənzər xəbərlər