featured-image-75415

“Atletiko”nun hücumçusu Antuan Qrizmann ABŞ-nin “Orlando Siti” klubuna keçməyə yaxındır.

Msport.az xəbər verir ki, MLS təmsilçisi fransalı futbolçunun transferi ilə bağlı fəal danışıqlar aparır.

“Orlando Siti” martın 26-dək davam edəcək əsas “transfer pəncərəsi” zamanı dünya çempionunu heyətinə qatmağa çalışır. ABŞ klubunun idman direktoru Rikardo Moreyra artıq bu məqsədlə İspaniyada olub.

ABŞ mədəniyyətinə və NBA-ya xüsusi marağı olan Antuan Qrizmannın karyerasını okeanın o tayında davam etdirməyə müsbət yanaşdığı bildirilir.

Bənzər xəbərlər