featured-image-37105

DÇ-2024-ün elit-raund mərhələsində Rumıniya ilə qarşılaşacaq Azərbaycan millisi qarşılaşmanın baş tutacağı Buzau şəhərində son hazırlıqlarını görür.

Msport.az xəbər verir ki, yığmanın üzvü Amadeu azfutzal.az saytına açıqlamasında hazırlığı dəyərləndirib.

O, yol yorğunluğuna baxmayaraq, normal məşqlər keçdiklərini bildirib: Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Amma zal istənilən səviyyədə deyil. Bizdən əvvəl həndbolçular məşq etdiklərindən, örtük yapışqan idi. Komanda əhvali-ruhiyyə yüksəkdi. Hamımız qələbə barədə düşünürük. Uğurlu start qarşıdakı matçlar öncəsi önəmlidi. Bura qədər çəkdiyimiz əziyyətin bəhrəsini görməyə çalışacağıq. Rumıniya ilə görüşdən bir neçə gün sonra Bakıda Niderlandla keçirəcəyimiz qarşılaşmaya qələbə ab-havasında çıxmaq istəyirik”.

Amadeu Rumıniyanın 2 oyununa baxdığını söyləyib: “Heyətlərində Braziliya əsilli 4 futzalçı var. Çox çətin oyun olacaq. Ələ düşən şansları qaçırmaq olmaz. Oyuna kim yaxşı köklənsə və imkanları düzgün dəyərləndirsə, qələbə qazanacaq”.

Futzalçı yer aldıqları qrupu da dəyərləndirib: “Həm Rumıniya, həm də digər komandalara qarşı oynamaq çətin olacaq. Niderland hər matçda sürpriz edə bilər. Son illər inkişafdadılar, heyətlərində fərdi qabiliyyətinə görə seçilən oyunçular var. Qazaxıstan haqda isə geniş danışmağa ehtiyac yoxdu. Son illər böyük yarışların final mərhələsində oynamağa adət ediblər. Qrup lideri olmaq baxımından komandamızın şansı yarı-yarıyadı”.

Qeyd edək ki, Rumıniya – Azərbaycan oyunu sabah keçiriləcək.O, 2023/24 mövsümündə komanda ilə 4 matçda meydana çıxıb.

Bənzər xəbərlər