featured-image-57649

“İdman Paytaxtı” Qubada təşkil olunan lll İdman Festivalının növbəti günü də maraqlı anlarla yadda qalıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, səhər idmanında festival iştirakçılarına “İdman Səfirləri” tərəfindən futbol, gimnastika, cüdo, milli idman növləri, taekvondo üzrə təlimlər keçirilib.

13-15 yaşlı idmançılar günə skautinq, rəsm və ingilis dilindən danışıq dərsləri ilə davam ediblər. Gün ərzində AMADA tərəfindən iştirakçılar üçün “Steroidlərə yox de!” mövzusunda təlim təşkil olunub.

Günün sonunda Olimpiya mükafatçıları – Hidayət Heydərov, Qaşım Maqomedov, Alfonso Dominqes tonqal ətrafında festival iştirakçılarıyla görüşüb, onların suallarını cavablandırıblar. Görüşün sonunda yeniyetmə idmançılar üçün avtoqraf sessiyası təşkil edilib. Festivalın 4-cü gününə uşaqların yallı rəqsi ilə yekun vurulub.

Bənzər xəbərlər