Qurban Qurbanov: “60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam...”
“60-70 yaşımadək karyeramı davam etdirsəm belə, yenə öyrənməliyəm”.
Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Məşqçilərin I Forumunda deyib.
O, I Forumda danışmağın məsuliyyətli olduğunu söyləyib: “Hər sahədə yeniliklər var. Futbol daim inkişaf edir. 60-70 yaşınadək məşqçilik vəzifəsində qalsam, mütləq öyrənməliyəm. Daim inkişaf etməlisən. Baş məşqçi bütün detallara nəzər yetirməlidir”.
Qurbanov məşqçiliyə başlamamışdan əvvəl Faiq Qarayevə, onun komandasına azarkeşlik etdiyini söyləyib: “Futbol tamam fərqli idman növüdür. Hamı bu barədə danışır. Məşqçi həm lider olmalıdır. Sonda hər şeyə baş məşqçi cavabdeh olur. Son qərarı baş məşqçi verir. Futbolda belə deyim var. Komanda qalib gəlibsə, futbolçularln qələbəsidir. Uduzursa, baş məşqçinin məğlubiyyətidir. Futbolçulardakı inamı qoruyub saxlamalıyıq”.







