featured-image-56322

“Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində “Ayaks”la (Niderland) keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, komanda matça yaxşı hazırlaşıb: “Çox vacib oyundur. “Ayaks” kimi klubun Azərbaycana gəlməsi nəticədən asılı olmayaraq bizim üçün böyük avantajdır. Oyuna pis hazırlaşmamışıq. Futbolçuların ümumi hazırlıq səviyyəsi pis deyil, çox istəklidirlər”.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.

Bənzər xəbərlər