featured-image-4449

Qurban Qurbanov bu gün Azərbaycan kubokunu ən çox qazanan baş məşqçi ola bilər.

Msport.az xəbər verir ki, “Qarabağ” həlledici görüşdə “Zirə”ni məğlub etsə, 50 yaşlı mütəxəssis 5-ci dəfə fəxri mükafata yiyələnmiş olacaq.

Ağdam klubunun baş məşqçisi bu göstəricidə 1993-1994, 1996-97, 1997-98, 1999-2000-ci illər mövsümündə “Kəpəz”ə dörd dəfə kuboku qazandırmış Mehman Allahverdiyevi qabaqlayacaq. Ağasəlim Mircavadov üç dəfə Azərbaycan kubokunun sahibi olub.

Bənzər xəbərlər