featured-image-16274

“Qalib gəlmək istəyirdik. Bunu bacara da bilərdik, az qalmışdı. Cari mövsüm avrokuboklardakı matçlara görə futbolçularıma təşəkkür edirəm”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın “Frayburq” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis futbolçuların inamlı oyun sərgilədiyini bildirib: “Biz eşidirdik ki, restoranlarda, böyük monitorlarda azarkeşlər matçlarımızı izləyirlər. 2022-ci il futbol ili oldu. Fanatlara da bizimlə olduqları üçün təşəkkürümü bildirirəm. Hər qarşılaşmada yaxşı mübarizə aparmaq istəyirdik. Komandamdan çox razıyam. İstirahət üçün vaxtımız da yoxdur. Oyunçular çox yorulublar. Onlar futbolun dadını tam hiss etdilər. Bu il bizim və Azərbaycan futbolu üçün böyük təcrübə oldu”.

Qurbanov “Frayburq”la oyundakı hakimlik haqqında danışıb: “Həmin epizodda bəlkə də oyundan kənar vəziyyət var idi. Amma ondan əvvəl Yankoviçin ayağına zərbə dəymişdi. Epizodda xətt də çəkilmədi. Üstündə keçdilər. Bütün oyunlarda ofsayd xətti göstərilirsə, burada da olmalıdır. Hamıya eyni gözlə baxılmalıdır. Hakimlər haqqında danışmağın faydası olub-olmadığını bilmirəm. Hakimlər kənarda qalıb, VAR sistemi işləyir. Nə istəyirlər, onu da edirlər. O epizodda qol sayılsaydı, komanda daha istəkli olardı. Bilmək olmazdı ki, sonrasında qırmızı vərəqə olacaqdımı, ya yox. Qırmızı vərəqə, 10 nəfərlə mübarizə aparmaq, qol vurmaq futbolun sevilən məqamlarıdır. Görünən odur ki, qərar nəticəyə təsir etdi”.

Bənzər xəbərlər