featured-image-6525

Qurban Qurbanov Rusiyanın “Fakel” klubunda çıxış edərkən  “Radio 101″in efirinə qoltuq ağacı ilə axsaya-axya gedib. Msport.az xəbər verir ki, bu hadisəni Voronej klubunun mətbuat xidmətinin o vaxtkı rəhbəri  Vladislav Semyonov xatırlayıb:

“Baş məşqçi Valeri Nenenko təkcə öz konsepsiyasına uyğun olarat texnikalı futbolçuları komandaya cəlb etmədi, o, həm də son dərəcə layiqli insanları bir yerə topladı. Bir dəfə hücumçu Qurban Qurbanovun ayağı sınsa da, o vəziyyətdə “Radio 101″ə getdi ki, azarkeşlərin suallarını cavablandırsın. Tərslikdən həmin vaxt da lift işləmədi. Qurbanov 10-cu mərtəbəyə kimi bir əlində qoltuq ağacı tullana-tullana çıxdı. Bilirdi ki, minlərlə insan bu canlı yayımı gözləyir”.

Semyonov “Qarabağ”ın baş məşqçisinin həmin vaxt “Fakel”i xeyli gücləndirdiyini də deyib: “Qurbanov 1999-cu ilin II dövrəsində 12 oyunda 8 qol vuraraq komandanı xeyli gücləndirdi. Bundan əvvəl Voronej klubunu Saratovdakı matçda hakimlər açıq-aşkar uduzdurdular”.

Mətbuat xidmətinin o vaxtkı rəhbərinin sözlərinə görə, “Sokol”un vitse-prezidenti Adel Said bütün çempionat boyu dollarla dolu çemodanla gəzib “Fakel”in rəqiblərini stimullaşdırırmış:

“Hətta, “Fakel” kiminləsə danışmaq istəsəydi də, Adelin gəlişindən sonra bu, mümkün olmurdu. Tümendə fasiləyə 0:2 məğlub getmişik. Adel Tümen komandasının paltardəyişmə otağından gülə-gülə çıxır və hesab 0:3 olur. Ondan sonra inanılmaz hadisələr baş verdi. Cinahdan kəsərli reydlər və Qena Dzubenkonun küncdən zərbəsi, Qurbanın qolu. Tümen azaarkeşləri dəli olmuşdular. 4:3 hesablı belə qələbəni necə yaddan çıxarmaq olar?”

 

Bənzər xəbərlər