featured-image-17821

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Birbaşa deyə bilərəm ki, zəif oynadıq. Bunun da səbəbi var idi. İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi. Görünür ki, fasilə bizə mane oldu. İstər-istəməz matçlardan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi. Futbolçularımı başa düşürəm. Fasilədən sonra yığışmaq o qədər asan deyil. Uzun marafon keçmişdilər. Çox yorulmuşdular, istirahətə ehtiyacları var idi. Görünür ki, lap yaxşı istirahət ediblər. Oyun və heyət baxımından çatışmazlıqlar var idi. Qarşıdakı görüşə hazırlaşacağıq. Normal hazırlaşmağa heç vaxtımız da yoxdur. Üç gün vaxtımız olacaq. Rəşad Sadıqova və öz komandama uğurlar arzulayıram.

Bəlkə də futbolçularda mənim hiss etmədiyim arxayınlıq var idi. Bunun üzərində çalışmışdıq. “Zirə”nin sonrakı matçlarına baxmışdıq. Elə oyunları olmuşdu ki, məğlubiyyətə layiq deyildilər, qalib gəlməliydilər. Futbolçularıma daim bu haqda bildirirdim. Amma hər bir halda, ola bilər futbolçularda arxayınlıq var idi.

Maksim Medvedev zədədən sonra az oyun keçirmişdi. Hazırlığı yaxşı səviyyədə deyildi. Amma bu gün öz təcrübəsindən istifadə etdi. Sağ cinahda oynadacağım oyunçum yox idi. Marko Veşoviç millinin düşərgəsində zədələnib. Abbas Hüseynov oyuna iki gün qalmış zədələndi. Ona görə orada Maksim oynayırdı. O, yaxşı təsir bağışladı, razı qaldım. Veşoviç minimum 15 gün komandadan ayrı qalacaq”.

Bənzər xəbərlər