featured-image-75592

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Real”la Çempionlar Liqası ərəfəsində “kral klubu”nun sabiq çalışdırıcısı Zinəddin Zidan haqqında danışıb.

Msport.az xəbər verir ki, ispaniyalı məşqçinin əfsanəvi fransızla bağlı fikirləri bunlardır:

“Zidan çox yaxşı idi, çox. Böyük məşqçilərdən biridir. Onun oyunu, davranışı – əsl centlmen. “Real”ın məşqçisi kimi üç Çempionlar Liqasında qələbəsi. Futbol Zinəddin kimi böyük şəxsiyyətlərə layiqdir”.

Qeyd edək ki, “Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la qarşılaşacaq. Oyunlar 11 və 17 mart tarixlərində keçiriləcək.

Bənzər xəbərlər