Qvardiolanın yerinə 3 namizəd
Cari mövsümün sonunda “Mançester Siti”nin baş məşqçi postunu tərk edəcəyi gözlənilən Pep Qvardiolanın yerini tutmağa əsas namizədlərin adları açıqlanıb.
Msport.az xəbər verir ki, bunlar son iş yeri “Çelsi” olan Entso Mareska, “Real”ın sabiq çalışdırıcısı Xabi Alonso və “Komo”nun baş məşqçisi Sesk Fabreqasdır.
Qvardiola 2016-cı ilin yayından indiki postundadır. Mançester təmsilçisi onun rəhbərliyi altında 6 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə İngiltərə Kubokunun, 4 dəfə İngiltərə Liqa Kubokunun, 2023-cü ildə isə UEFA Çempionlar Liqasının qalibi olub.







