featured-image-1508

“Zirə” ciddi itki ilə üzləşib.

Msport.az xəbər verir ki,  Premyer Liqanın 22-ci turunda “Sabah”la oyunda (2:1) zədələnən Rahil Məmmədovun durumu ciddidir.

Bud nahiyəsindən zədə alan müdafiəçinin ən azı 4 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə onun üçün mövsümün erkən bitməsi deməkdir.

Qeyd edək ki, 26 yaşlı futbolçu Rahil Məmmədov müqavilə ilə “Qarabağ”a məxsusdur. O, bu ilin fervalında “Zirə” ilə mövsümün sonuna qədər olan icarə müqaviləsi bağlayıb.

Bənzər xəbərlər