“Rakuv”un yeni transferi “Qarabağ”a qarşı oynaya biləcək
“Rakuv” klubunun yeni transferi Srcan Plavşiç “Qarabağ”la keçiriləcək cavab oyunu ərəfəsində zədəsini sağaldıb.
Msport.az xəbər verir ki, evdəki qarşılaşmanı buraxan serbiyalı futbolçu Bakıya gələn heyətdə yer alıb. Baş məşqçi David Şvarqa Bakı Olimpiya Stadionunda reallaşacaq görüşdə 28 yaşlı yarımmüdafiəçinin xidmətindən yararlanmağı planlaşdırır.
Qeyd edək ki, avqustun 2-də keçiriləcək “Qarabağ” – “Rakuv” matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasında gerçəkləşən ilk oyunda polşalılar 3:2 hesablı qələbə qazanıblar.







