Ramil Şeydayev yenidən Rusiyaya yollana bilər
“Qarabağ”dan ayrılan Ramil Şeydayev karyerasını Rusiyada davam etdirə bilər.
Msport.az xəbər verir ki, bu barədə “Sport-express” nəşri məlumat yayıb.
30 yaşlı hücumçu ilə Mahaçqala “Dinamo”su maraqlanır. Rusiya Premyer Liqasında çıxış edən klubun futbolçu ilə danışıq apardığı bildirilir.
Ötən mövsüm “Qarabağ”ın heyətində 11 oyuna 2 qol vuran Azərbaycan millisinin sabiq üzvü Rusiyanın “Zenit” klubunun yetirməsidir. O, daha əvvəl Rusiyada “Rubin”, “Krılya Sovetov” və Moskva “Dinamo”sunun, Türkiyədə “Trabzonspor”, Slovakiyada “Jilina”, Tailandda “Buriram Yunayted”in şərəfini qoruyub. Azərbaycanda isə “Qarabağ”dan başqa, “Sabah” və “Neftçi”də də çıxış edib.







