featured-image-80999

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni klubu bəlli olub.

Msport.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını yenidən  Rusiyada davam etdirəcək.

O, 1-ci liqa təmsilçisi “Soçi” klubu ilə  2026/2027 mövsümünün sonunadək

müqavilə imzalayıb.

Şeydayev yeni komandasında 7 nömrəli formanı geyinəcək.

 

 

Qeyd edək ki, Şeydayev karyerası ərzində “Qarabağ”, “Zenit”, “Jilina”, “Neftçi”, “Kocaelispor”, “Buriram Yunayted” və digər klubların formasını geyinib.

Bənzər xəbərlər