featured-image-6807

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la qarşılaşacaq “Qəbələ” heyətini gücləndirməyə çalışır. Elmar Baxşıyevin komandası hücum xəttinə də yeni futbolçu cəlb etmək istəyir.

“Qərmızı-qaralar” “Neftçi”dən ayrılan Ramon Maçado ilə də danışıqlar aparıb. Klubun baş meneceri Nail Kərimov Msport.az-a açıqlamasında braziliyalı forvardın transferinin niyə baş tutmamasına aydınlıq gətirib:

“Bəli, Maçado ilə maraqlanırdıq, danışıqlar da apardıq. Ancaq biz etdiyimiz təkliflə razılaşmadı. Ona görə də bu məsələnin reallaşması perespektivi elə də inandırıcı görünmür”.

Bənzər xəbərlər