Ranqnik millimizin oyununa “casus” göndərir
Avstriya millisinin skautları Azərbaycan yığmasının oyununu izləyəcək.
Msport.az xəbər verir ki, bu barədə Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik məlumat verib.
Onun sözlərinə görə, millinin skautları AÇ-2024-ün seçmə mərhələsində rəqiblərinin qarşıdakı yoldaşlıq görüşlərini izləyəcəklər:
“Bu, qrupdakı rəqiblərimizi yenidən canlı görmək üçün son şansdır. Rəqiblərimiz olan İsveç, Estoniya və Azərbaycan da bizim yoldaşlıq görüşlərimizi izləyir”.
Azərbaycan millisi dünən yoxlama oyununda Moldovaya 2:1 qalib gəlib. Noyabrın 20-də Canni De Byazinin rəhbərlik etdiyi komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Azərbaycan millisi AÇ-2024-ün qrupunda ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək.