"Rapid" Bakıda özünü dəli yerinə qoydu" - Avstriya mətbuatı
“Rapid”in UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Neftçi”yə uduzması Avstriya mətbuatında birmənalı qarşılanmayıb.
Msport.az “oe24.at” saytının ilk oyun haqqında yazdığı “Rapid Bakıda özünü dəli yerinə qoydu” yazısını təqdim edir:
“Rapid” bu mövsüm ilk məğlubiyyətini futbol cırtdanı Bakı “Neftçi”sindən aldı. “Rapid” Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda gərgin mübarizə şəraitində 1:2 hesabı ilə uduzdu. “Rapid” pley-off mərhələsinə vəsiqə qazanmaq üçün “Neftçi”yə ilk matçdakı məğlubiyyətdən sonra titrəməlidir. Bundesliqanın lideri səfərdə uduzaraq cavab matçı öncəsində yaxşı şans əldə etmək imkanı qazana bilmədi.
Son dəqiqədəki zərbə “Rapid”ə ümid verir
Qvido Burqstallerin ()+5-ci dəqiqədə vurduğu qol sayəsində “Rapid” hələ növbəti mərhələyə yüksəlmək barədə düşünə bilər.
Ataa Caber 44-cü dəqiqədə uzaqdan vurduğu zərbədən sonra “Neftçi”ni hesabda önə keçirdi. Top “Rapid”in mərkəz müdafiəçisi Kevin Vimmerə dəyərək istiqamətini dəyişdi. Bundan əvvəlki mərhələdə “Aris”ə 0:2 uduzduqdan sonra rəqibi nokauta salan Regenkampfın komandasında Kenni Sayef üstünlüyü artırdı. Əgər “Rapid” bir həftə sonra rəqibini keçə bilsə, növbəti mərhələdə “Vaduts” – “Konyaspor” cütünün qalibi ilə qarşılaşacaq.
Vyana klubunun baş məşqçisi Ferdinand Feldhofer Avstriya çempionatında “Klaqenfurt”u məğlub etdiyi (1:0) oyundan fərqli olaraq heyətdə 5 dəyişiklik etmişdi.
Fasiləyə az qalmış bəxtsiz qol
Rütubətli hava şəraitində təxminən 30 dərəcə istidə Feldhoferin komandası 10 min azarkeş qarşısında uğursuz start götürdü. Komandalar iki dəqiqə oynadıqdan sonra “Neftçi”nin qanalı hücumçusu Donyoh 10 metrdən qapıçı Niklas Xedli seyv etməyə məcbur etdi. Qısa vaxtdan sonra vyanalılar rəqib qapısına yaxınlaşa bildilər. Zimmermannın zərbəsi təhlükəli alındı. Bundan bir qədər sonra Burqştallerin əlverişli ötürməsindən sonra Ante Baiçin zərbəsi zamanı dəqiqlik çatmadı. “Neftçi”nin qapıçısı İvan Brkiç cərimə meydançasında Marko Grüllü yıxsa da, xorvatiyalı hakim Dario Belin fiti susdu. Oyunda hər iki tərəf çoxsaylı qol epizodları yaradırdı. “Yaşıl ağlar” bir neçə dəfə “Neftçi”nun qapısı qarşısında təhlükəli vəziyyətlər yaratsalar da, son dəqiq zərbə yox idi. Meydan sahibləri sürətli əks-hücumlarla çıxanda müdafiə istənilən kimi oynamırdı.
Bakı səhvlərdən soyuqqanlılıqla yararlanır
Donyoh hesabı 2:0 edə bilərdi. Lakin 27 yaşlı hücumçu əlverişli vəziyyətdə topu qapıya göndərə bilmədi. “Neftçi” pressinq etdiyi anlarda “Rapid” futbolçuları daha çox səhvlərə yol verirdilər. “Rapid”in müdafiə xətti daha bir qol buraxdı. Xaotik şəkildə hücumu dəf etmək istəyəndə Sayef topu rəqidən “oğurladı”. O, Xedli keçib topu Vimmerin ayaqları arasından qapıya göndərdi. Matçın son hissəsində qonaqların bir neçə təhlükəli hücumu olsa da, bəxtləri gətirmədi. Görüşün başa çatmasına saniyələr qalmış Burştaller topu uzaq küncə göndərdi.