"Rapid" "Neftçi"nin Mutu ilə maraqlandığını təsdiqlədi - 200 minlik təzminat
Rumıniyanın “Rapid” klubunun səhmdarlarından biri olan Viktor Antxelesku “Neftçi”nin baş məşqçi Adrian Mutu ilə maraqlandığını təsdiqləyib.
Msport.az xəbər verir ki, funksioner yerli mətbuata açıqlamasında 44 yaşlı mütəxəssisin böyük ehtimalla Bakı klubuna keçəcəyini bildirib:
“Mutunun bizimlə müqaviləsi var. Qarşı tərəf 200 000 avro təzminat məbləğini ödəsə, onu buraxmağa hazırıq. Amma hələlik klub daxilində bu məsələni müzakirə etməmişik”.
Qeyd edək ki, “Neftçi”yə son olaraq Laurentsiu Regekampf başçılıq edib. Rumıniyalı mütəxəssis ötən mövsümün sonunda istefaya göndərilib.